27 iyul 2012 17:15
“Məqsədimiz budu ki, gənc futbolçular daha erkən yaşlarında əsas komandanın üzvünə çevrilsinlər”
"Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov Gürcüstan hazırlığı ilə bağlı klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"İyulun 16-dan Gürcüstanın Kobuleti şəhərində məskunlaşmışıq. Hazırlıq planına əsasən gündə iki məşqimiz olur. Bu müddət ərzində iki yoxlama oyunu da keçirmişik. Sabah daha bir sınaq görüşümüz olacaq. Rəqibimiz "Dinamo" Batumi klubunun əvəzedici heyətidir. Yoxlama oyunlarında bütün futbolçulara şans veririk. Hazırlığa aşağı yaş qruplarından da futbolçular cəlb etmişik. Məqsədimiz budur ki, gənc futbolçular təcrübə qazansınlar və daha erkən yaşlarında əsas komandanın üzvünə çevrilsinlər. Yüksək səviyyədə hazırlıq keçməyimiz üçün klub rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb. Biz də öz növbəmizdə çalışırıq ki, gələcəkdə əsas komandaya daha güclü futbolçular verək".
