27 iyul 2012 17:56

“İnterin çıxışından razı qala bilmərəm”

“İnter”in futbolçusu Georgi Adamiya UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstan “Asteras”ına qarşı keçirdikləri cavab matçından sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Cavab oyunu barədə nə deyə bilərsiz?
- Çox təəssüf ki, mərhələ keçə bilmədik. Penaltilər zamanı qələbəyə ümid edirdim. Səfərdə evdəkindən də yaxşı oynadıq. Nə deyəcəyimi bilmirəm. Penalti lotereyadı. Bizim bunda bəxtimiz gətirmədi. Bütün oyun boyu rəqib ancaq heç-heçəyə oynadığı halda, sonda gülən tərəf oldular.
 
- Amma ilk qolu da onlar vurdular...
- Mən deməzdim ki, “Asteras” daha yaxşı oynadı. Sadəcə, oyuna yaxşı start verdilər. İlk 15 dəqiqədə çox fəal idilər. Amma bizim təslim olmadığımızı görüb, ehtiyatlı oynamağa başladılar. Biz çoxsaylı qol epizodlarından yararlana bilmədik. Buna görə də cəzalandıq. Düzdü, sonradan özümüzə gəlib, qol vurduq. Lakin əsas bunun davamını gətirmək idi ki, onu da bacarmadıq.
 
- “İnter” avrokuboklar tarixində ikinci dəfə penaltilərlə məğlub oldu...
- Bu, mənim üçün ilk belə təcrübə idi. Komandaya yenicə gəlmişəm. Penaltilərlə uduzmaq komandaya həmişə pis təsir edir. Çünki biz 120 dəqiqə ərzində heç də pis təsir bağışlamırdıq.
 
- Komandanızın avrokuboklardakı çıxışından razı qaldınız?
- Mən maksimalistəm. Ona görə də bu nəticəmizdən razı qala bilmərəm. “Asteras”ı keçəcəyimizə inanırdım. İstənilən halda bir mərhələ komandamız üçün elə də böyük uğur sayıla bilməz. Biz daha çoxuna nail olmaq istəyirdik.

- Sizcə, “Asteras” “Maritimo”nu keçə biləcək?
- Onlar daha çox artırmalıdılar. Mən onların portuqaliyalıları məğlub edəcəklərinə inanmıram.

- Çempionata hazırlaşmaq çətin olmayacaq ki?
- Bizim başqa yolumuz yoxdu. Yenidən avrokuboklarda oynamaq istəyirik. Bunun üçün isə çempionatda yaxşı oynamaq vacibdi. Özü də ilk rəqibimiz “Qarabağ”dı. İndi bizə bir neçə gün istirahət etmək lazımdı. Ardından hazırlıqlarımızı bərpa edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.