27 iyul 2012 18:03
Simurqun ilk əcnəbi transferi bosniyalı oldu (FOTO)
Avstriyada növbəti mövsümə hazırlıqları davam etdirən “Simurq” baxışa dəvət olunmuş bosniyalı futbolçu Dilaver Zrnanoviçlə ilkin razılıq əldə edib. Azerisport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi növbəti həftə Azərbaycana gələcək və rəsmi müqaviləyə imza atacaq.
Mərkəz müdafiəçisi mövqeyində oynayan təcrübəli futbolçunun son komandası Bosniya və Hersoqovina çempionatında mübarizə aparan “Sarajevo” olub – 2011-2012, 20 oyun. O, əvvələr “Buduçnost” (Bosniya və Hpersoqovina, 2004-2005, 10 oyun), “Moskva” (Rusiya, 2006-2007, 27 oyun, 3 qol), “Dauqava” (Latviya, icarə, 2007, 9 oyun), “FC MTZ-RİPO (Belarus, 2008-2010, 24 oyun) və “Buduçnost” (Bosniya və Hpersoqovina, 2010-2011, 20 oyun, 1 qol) klublarında oynayıb.
