27 iyul 2012 18:22

“Azarkeşlər bizdən nəticə gözləyirlər”

“Simurq”un ötən mövsümkü heyətindən komandada saxlanılan oyunçulardan biri də təcrübəli futbolçu Ruslan Poladov oldu. Azerisport.az xəbər verir ki, Zaqatala klubu ilə bir illik müqavilə imzalayan müdafiəçi ümumi hazırlıq və növbəti çempionat haqqında fikirlərini bildirib.
 
- Ruslan, ilk öncə “Simurq”da qalmağın haqqında danışaq. Necə oldu ki, komandada qalmağa razı oldun?
- Ötən mövsümün ikinci dövrəsində “Simurq”da mən icarə əsasında forma geyinirdim. Çünki həmin vaxt “İnter”in futbolçusu idim. Bakı klubu ilə müqaviləmin müddəti başa çatdığına görə yenidən “Simurq”a transfer olunmaq təklif edildi. Həm baş məşqçi, həm də klub rəhbərliyi mənim “Simurq”da qalmağımı istədilər. Təklif də qane etdiyi üçün razılaşdım. Baxmayaraq ki, bölgə komandasıdı. Ancaq iddialı kollektiv yaratmaq fikrində olduqları üçün “Simurq”da qalmağa üstünlük verdim.
 
- Artıq Avstriyadakı təlim-məşq toplanışı da başa çatmaq üzrədi. Ümumilikdə, “Simurq”un yeni mövsümə hazırlıqları necə keçdi?
- Bakı, Türkiyə və Zaqataladakı məşqlərimiz əsasən komandanın fiziki baxımdan hazırlamaq məqsədi güdürdü. Fikrimcə, bunun da öhdəsindən həm məşqçilər heyəti, həm də biz futbolçular layiqincə gələ bildi. Burada da üç yoldaşlıq görüşü keçirmişik. Məşqlərimizə baxış üçün təcrübəli legionerlər dəvət olunurdu. İdmanlarda, oyunlarda bu oyunçuların komandaya nə dərəcədə kömək edib, etməyəcəyi yoxlanılırdı. Avstriyadakı təlim-məşq toplanışımızda çempionata hazırlıq baxımından ümumi üstünluk heyətin və oyun quruculuğunun formalaşdırmaq məqsədi daşıyırdı. Hazırda hər şey məşqçinin nəzarəti altında, planlı şəkildə davam edir. Biz də var gücümüzlə hazırlaşırıq. İnşallah bununda nəticəsin çempionatda görəcəyik.
 
- İlk rəqib “Qəbələ”di. “Simurq”un mövsümə tam hazır olduğunu düşünürsən?
- Birinci oyundan heç kəs deyə bilməz ki, bu komanda hansı gücə malikdi. Bütün kollektivlərdə çatışmamazlıqlar bir necə turdan sonra özünü göstərməyə başlayır. Bizim də müəyyən zəif nöqtələrimiz ola bilər. Ancaq ən əsası onları vaxtında aradan qaldırmaqdı. İşin gedişatına görə biz futbolçular özümüzü həm oyun quruculuğu, həm də fiziki baxımdan çempionata hazır sayırıq. Komanda iddialıdısa, əlbəttə ki, ilk turdan gücünü ortaya qoymalıdı. Hansı çatışmamazlıqlarımız olacaq məşqçi heyəti təbbi ki, bunu görəcək və “Qəbələ” ilə oyundan başlayaraq növbəti turlardan aradan qaldırmağımıza kömək edəcək.
 
- Təcrübəli futbolçu kimi heyətdə olan gənc oyunçular haqqında nə deyə bilərsən?
- Yeni mövsümdən hər komandanın heyətində 21 yaşdan aşağı bir futbolçu meydanda olmalıdı. Hazırda onlar da bizimlə təlim-məşq toplanışındadı. Ağır da olsa, asan da olsa, bu yolu keçməlidilər. Əgər iddialıdılarsa çempionatda onlara veriləcək şansı dəyərləndirməlidilər. Bu onlara irəliyə addım atmaq üçük əla imkan yaradacaq. Bunu da yaxşı dəyərləndirib, özlərini yüksək səviyyəli futbolçu kimi yetişdirməlidilər. Hər şey məhz bu cür hazırlıqlardan başlayır, sonra oyunlardan. Məşqçi də gənc futbolçularımıza inanır, onlara bu şansı verir. Onlarda qarşılaşmalarda özlərin yaxşı şəkildə göstərib, heyətdə yerlərini möhkəmləndirməlidilər. Artıq hər şey öz əllərindədi.
 
- “Simurq” iki legioner futbolçu ilə müqavilə imzalamağa hazırlaşır. Yeni oyunçular hazırlıq dövründə səndə hansı təəssüratlar oyadıb?
- Həm məşqlərdə, həm də yoldaşlıq görüşlərində komandaya kömək edəcəklərini yaxşı şəkildə göstərdilər. Çempionatda da onlara uğurlar arzulayıram. İnanıram ki, komandamızın uğur qazanmasında pay sahibi olacaqlar.
 
- “Simurq”un azərkeşləri bu mövsüm komandadan nə gözləsinlər?
- Oynadığım hər bir klubda komandanın məqsədindən əlavə, öz məqsədim odu ki, çempion olum. Komandanın hansı səviyyədə, hansı büdcədə olmasından asılı olmayaraq. Azarkeşlər də bizdən nəticə gözləyirlər. Onlarsız futbol olmaz. Bizdə azərkeşlərdən xahiş edirik ki, oyunlara gəlib komandamızı qələbəyə səsləsinlər. Uğurlarımızda payları olsun. Biz də çalışacayıq ki, onlara layiq oyun göstərək. (klubun rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.