27 iyul 2012 18:35

“Yaxşı oyunla azarkeşləri tribunalara səsləməliyik”

Azerisport.az sizi Zaqatalanın “Simurq” klubu ilə ilkin razılığa gən bosniyalı müdafiəçi Dilaver Zrnanoviçin müsahibəsi ilə tanış edir.
 
- Əvvəlcə “Simurq”a xoş gəldin deyirik. İlk təəssüratların necədi?
- Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Gələn həftə Bakıya gələcəm və rəsmi müqaviləyə imza atacam. Çalışacam ki, ilk forma geydiyim gündən mövsümün sonuna qədər yaxşı oyunumla komandamızın turnir cədvəlində yüksəlməsinə kömək edim.
 
- Yeni komandan haqqında nə deyə bilərsən?
- Komandamız hazırda yeni mövsümə hazırlıqlar görür. Hazırda heyətimizə yeni oyunçular qoşulur. Stepan Polyak kimi futbolçu da artıq bizimlədi. Fikrimcə bir neçə nəfərdə heyətə əlavə ediləcək. Bizə bir az vaxt lazımdır ki, birlikdə oynayaq. Bir-birimizi həm həyatda, həmdə meydanda tanıyaq. Əla kollektivimiz var. Komanda rəhbərliyi yaxşı təlim-məşq toplanışı təşkil edib. Əla məşqçimiz var. Gözəl meydanlarçalarda məşq edirik. Ancaq təbii ki, ən vacibi qarşıdakı mövsüm və ilk oynumuzdu.
 
- Azərbaycan futbolu haqqında hansısa informasiyaya maliksən?
- Karyeram ərzində yalnız bir dəfə Azərbaycan klubuna qarşı oynamışam. Moskvada keçirilən “Birlik Kubokun”da “İnter”lə matçda forma geyinmişdim. Həmin vaxt indiki “Partizan”da (Minsk) oynayırdım. Ondan sonra bir neçə klublar haqqında eşitmişdim. Bilirəm ki, Azərbaycan çempionatında “İnter”lə yanaşı, “Neftçi”, “Xəzər Lənkəran” kimi güclü komandalar mübarizə aparır. Ancaq bu futboldu. Hər kəs öz oyununu göstərməyə çalışır. Matçlarda bütün gücünlə meydanda mübarizə aparmalısan ki, qalib gələsən.
 
- Yeni mövsümdə ilk rəqib “Qəbələ”di. Bu oyun haqqında nə düşünürsən?
- Artıq iki həftədi ki, “Simurq”la birlikdə məşq edirəm. Təbii ki, komandanın bir üzvü kimi yavaş-yavaş rəqiblərimiz haqqında məlumat toplamağa çalışıram. Burda eşitdiklərimə görə “Qəbələ”də güclü rəqibdi. Bir necə təcrübəli futbolçuları var. Ancaq gözləyək görək necə olacaq. Qarşıdakı oyunlara yaxşı hazırlaşmalıyıq. Qarşılaşmalara kökləndikdən sonra rəqibin kim olmasından asılı olmayaraq qorxmağa ehtiyac qalmır. Bizim komandamız hazırda heyətin formalaşdırıb qurtarmaq üzrədi. Təcrübəli futbolçularla yanaşı gənc istedadlı üzvlərimiz var. Fikrimcə hər şey qaydasında gedir.
 
- Avstriyada təlim-məşq toplanışı necə keçir?
- Toplanış başlayan vaxtdan komandanın düşərgəsinə qoşulmuşam. Gündə iki dəfə olmaqla məşqlərə çıxırıq. Artıq üç yoldaşlıq görüşündə gücümüzü yoxlamışıq. Bu gündə sonuncu yoldaşlıq oyununa çıxacağıq. Komandanın düşərgəsinə hər gün baxışa yeni futbolçular gəlirdi. Hazırda heyətin formalaşdırılmasına çalışılır. Düşünürəm ki, bu komandanın daha yaxşı olması üçün vaxt lazımdı. Toplanışda yeganə problemimiz yağışlar idi. Bu səbəbdən meydancalarda məşq etmək çox ağır oluru. Xüsusən ilk günlər daha çox taktiki və fiziki hazırlıqlı təlimlərə çıxırdıq. Qalan hər şey qaydasındadı. Təlim-məşq toplanışımız peşəkar şəkildə təşkil olunub.
 
- Bu mövsüm “Simurq”un azarkeşləri səndən necə oyun gözləsinlər?
- Onlara söz verə bilərəm ki, forma geydiyim bütün qarşılaşmalarda komandamızın qələbəsi üçün əlimdən gələni etməyə çalışacam. Sona qədər mübarizə aparacam. Fikrimcə, biz komanda olaraq yaxşı oyunumuzla azarkeşlərimizi tribunalara səsləməliyik. Mən də meydanın onlarla dolu olmasını çox xoşlayıram. İnanıram ki, gözəl oyunlarla qələbələr əldə edəcəyik və bu sevinci azarkeşlərimizlə yaşayacayıq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.