27 iyul 2012 19:05
Xəzər Lənkəran Kamran Ağayev də daxil olmaqla 3 futbolçunu transferə çıxardı
“Xəzər Lənkəran” futbol klubu üç futbolçusunu transferə çıxarıb. Azerisport.az xəbər verir ki, bu haqda qərar bu gün klub rəhbərliyinin keçirdiyi iclasda qəbul olunub.
Transferə çıxarılanlar qapıçı Kamran Ağayev, kosta-rikalı hücumçu Rendall Brenes və braziliyalı yarımmüdafiəçi Rikardo Qomeşdi.
Adı çəkilən futbolçuların yerlərinə tezliklə yeni oyunçular cəlb olunacaq.
