27 iyul 2012 19:16

“Yeni mövsümdə fərqli Turan görəcəyik”

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlamasına az bir vaxt qalmış komandalar hazırlıqlarını yekunlaşdırmağa başlayıblar. Azerisport.az xəbər verir ki, “Turan” da heyətini formalaşdırmağa davam edir:
 
"Turan"ın mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev PFL-in rəsmi saytına açıqlamasında bunları dilə gətirib: "Komanda gündə iki dəfə, əsasən, səhər fiziki, axşam isə topla məşq edir. Ancaq yoxlama oyunları keçirməkdə problemlər yaşayırıq. İndiyə kimi yalnız “Göyəzən”lə yoxlama oyunu keçirsək də, başqa rəqib tapa bilmirik, vaxt da az qalıb".
 
"Mətbuatda yoxlama oyunu üçün Bakıya yollanacağımızla bağlı məlumatlar yer alsa da, bu doğru deyil.  Bizə yaxın olan “Şəmkir” və “Karvan”la da yoxlama oyunu keçirə bilmirik. Bunun səbəbi isə həmin komandaların hələ yığılmamasıdır. Bütün bunlara baxmayaraq “Turan” hazırlıqlarını davam etdirir. Heyətdəki boşluqları doldurmaq üçün bir neçə futbolçu baxışdadır.  Hazırda Murad Ağakişiyev, Elhad Əhmədov, Hüseyn İsgəndərov, Viktor Qonta, İvan Dragoviç, Antonio Rukovin, Bayram Kərimov məşqçilər korpusu tərəfindən dəyərləndirilir. Ancaq onlar haqqında hələ yekun qərar verilməyib. Lazım bilinən futbolçularla yaxın günlərdə müqavilə bağlanacaq. Komandanın çox gec yığılmasına, futbolçu tapmaqda çətinliklərlə qarşılaşmağımıza baxmayaraq, inanıram ki, yeni mövsümdə fərqli “Turan” görəcəyik. Ən azı hər şey ötən mövsümdəkindən yaxşı olmalıdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.