27 iyul 2012 10:55
Rahid Əmirquliyev: Bu qədər səhv buraxmaya da bilərdik
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Poznanda baş tutan və 0:1 hesablı məğlubiyyətlə bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
- Oyun haqda nə deyə bilərsiz?
- Fikrimcə, azarkeşlər çox yaxşı oyunun şahidi oldular. Amma qol vurmaq bizdə heç cür alınmadı. Çox təəssüf ki.
- Fikrimcə, azarkeşlər çox yaxşı oyunun şahidi oldular. Amma qol vurmaq bizdə heç cür alınmadı. Çox təəssüf ki.
- Amma “Xəzər Lənkəran” daha yaxşı oynaya bilərdi...
- Məncə, biz heç də pis təsir bağışlamadıq. Düzdü, səhvlərimiz oldu. Hansı ki, onları etməyə də bilərdik.
- Məsələn hansıları?
- Ötürmələrdə çoxlu səhvlər edirdik. Topu özümüzdə daha yaxşı saxlaya bilərdik. Eyni zamanda uğur da bizim tərəfimizdə deyildi. Bu qədər vəziyyətdən yararlana bilmədik.
- Erkən qol komandaya nə dərəcədə pis təsir etdi?
- Oyundan öncə də demişdik ki, erkən qol buraxmamalıyıq. Amma alınmadı. “Lech”i məğlub edə biləcək gücdəydik. Onları səfərdə yenə bilərdik. Sadəcə, bəxtimiz gətirmədi.
- Matçın sonunda siz “fərqlənə” bildiniz...
- İlk sarı vərəqəni mübarizə zamanı aldım. İkinci epizodda isə əllə oynadım. Amma topu elə saxlamağı özüm də istəmirdim.
