27 iyul 2012 11:14
İlqar Qurbanov: Bolusporu unuda bilmirəm (FOTO)
“Qarabağ”la Türkiyənin Bolu şəhərində hazırlıq keçən İlqar Qurbanov yerli mətbuatın diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, futbolçumuz bolusporluyuz.com saytına açıqlama verib.
2008-2009 mövsümündə “Boluspor”da forma geyinən İlqar bunları deyib: “Boluspor”dakı illərim ən gözəl illər idi. Heç zaman unutmuram. İndi də sizin vasitənizlə burdakı bütün sevənlərimə salam deyirəm”.
Ötən gün “Boluspor”la yoxlama matçı keçirən (1:0) ağdamlıların oyunçusu rəqib komandanın baş məşqçisi Serhat Gülərlə də görüşüb. İlqar sabiq baş məşqçisi ilə uzun müddət söhbət edib.
