27 iyul 2012 11:36
Elnur Allahverdiyev: Avropada belə səhvləri bağışlamırlar
“Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Poznanda baş tutan və 0:1 hesablı məğlubiyyətlə bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz bu mərhələni keçməyə borclu idik. Sadəcə, hardasa özümüzə inanmırdıq. Qolu da mənasız bir səhv ucbatından buraxdıq. Avropada belə səhvləri bağışlamırlar”.
