27 iyul 2012 11:41

Avroliqada üçüncü təsnifat mərhələsinin bütün cütləri bəlli oldu

Futbol üzrə UEFA Avropa Liqasında 2012-2013 mövsümü 3-ci təsnifat mərhələsinin bütün iştirakçıların adları, eləcə də cütlüklər müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin ikinci təsnifat mərhələsində mübarizə aparan 80 klub ötən gecə növbəti mərhələyə 40 vəsiqənin taleyinə aydınlıq gətirdilər.
 
Qeyd edək ki, Azərbaycan ikinci təsnifat mərhələsində iki klubla təmsil olunurdu. “Xəzər Lənkəran” Polşa “Lech”, “İnter” isə Yunanıstan “Asteras”ı ilə mübarizə aparırdı. Amma çox təəssüf ki, hər iki klubumuz rəqibləri ilə mübarizədən məğlub ayrıldılar və Azərbaycan artıq bu turnirdə təmsil olunmur.
 
Beləliklə, növbəti mərhələyə vəsiqə qazanan 40 klub mübarizəyə məhz üçüncü təsnifat mərhələsindən başlayacaq 18 iştirakçı ilə birgə turnirin pley-off mərhələsinə 29 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
 
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk oyunları avqustun 2-də, cavab görüşləri isə bir həftə sonra - ayın 9-da keçiriləcək.
 
Avropa Liqası
3-cü təsnifat mərhələsi
2-9 avqust
 
Lech (Polşa) - AIK (İsveç)
Asteras (Yunanıstan) – Maritimo (Portuqaliya)
Athletic (İspaniya) - Slaven (Xorvatiya)
Anji (Rusiya) – Vitesse (Hollandiya)
Rapid (Buxarest, Rumıniya) - Heerenveen (Hollandiya)
Ruch (Polşa) - Viktoria (Çexiya)
Horsens (Danimarka) - Elfsborg (İsveç)
APOEL (Kipr) - Aalesund (Norveç)
Inter (İtaliya) - Hajduk (Xorvatiya)
Vojvodina (Serbiya) - Rapid (Vyana, Avstriya)
Genk (Belçika) – Aktobe (Qazaxıstan)
Tromse (Norveç) - Metallurg (Donetsk, Ukrayna)
Twente (Hollandiya) - Mlada Boleslav (Çexiya)
Bnei Yehuda (İsrail) - PAOK (Yunanıstan)
Dila Gori (Gürcüstan) – Anorthosis (Kipr)
Videoton (Macarıstan) - Gent (Belçika)
Eskişehirspor (Türkiyə) - Olympique (Marsel, Fransa)
Crvena Zvezda (Serbiya) – Omonia (Kipr)
Sarajevo (Bosniya) - Zeta (Monteneqro)
Admira Wacker (Avstriya) - Sparta (Çexiya)
Kalmar (İsveç) - Young Boys (İsveçrə)
Dundee United (Şotlandiya) - Dinamo (Moskva, Rusiya)
Arsenal (Kiyev, Ukrayna) - Mura (Sloveniya)
Bursaspor (Türkiyə) - Kuopio (Finlandiya)
Steaua (Buxarest, Rumıniya) - Spartak (Trnava, Slovakiya)
Gomel (Belarus) - Liverpool (İngiltərə)
Ried (Avstriya) - Legia (Polşa)
Servette (İsveçrə) – Rosenborg (Norveç)
St Patrick's (İrlandiya) - Hannover (Almaniya)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.