27 iyul 2012 12:12
Şəki şəhərində Live Your Goals
Bu gün Şəki şəhərində FIFA-nın bayrağı altında AFFA tərəfindən qızlar üçün «Live Your Goals» (Öz məqsədini yaşat) festivalı keçiriləcək. Azerisport.az xəbər verir ki, ölkəmizdə qadın futbolunun təbliğinin gücləndirilməsi, qızların bu idman növünə həvəsləndirilməsi məqsədilə keçirlən tədbirdə çoxsaylı azarkeşlərin və mətbuat nümayəndələrinin iştirakı gözlənilir. Festival saat 18:00-da başlayacaq.
Xatırladaq ki, bu, sayca dördüncü «Live Your Goals» festivalı olacaq. İlk dəfə bu ilin mart ayında AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçirilmiş festival daha sonra – apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında isə Quba Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.
