27 iyul 2012 12:21
“Xəzər Lənkəran Poznanda evdəkindən heç də pis oynamadı”
Polşanın “Lech” klubunun müdafiəçisi Marçin Kaminski UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Poznanda baş tutan həlledici qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bizə qələbə üçün cəmi 1 qol bəs etdi. Şadıq ki, növbəti mərhələyə adladıq. Erkən qol bizim üçün bu oyunda ən həlledici amil oldu. Rəqib hücum etmək istəyirdi. Amma biz müdafiədə diqqətli idik. Fikrimcə, “Xəzər Lənkəran” bir həftə əvvəlki qarşılaşmadakından heç də pis oynamadı. Sadəcə, biz daha yaxşı oynadıq”.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə meydan sahiblərinin qələbəsi ilə başa çatdı – 1:0.
