27 iyul 2012 12:56
Sakis Tsiolis: İnter Yunanıstan çempionatında medallar uğrunda mübarizə apara bilər
Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirdikləri cavab matçından sonra Azərbaycan təmsilçisinin ünvanın tərif yağdırıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutan həlledici qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“İnter” əla komandadı. Onlar çox güclüdülər. Fikrimcə, bakılılar asanlıqla Yunanıstan Super Liqasında medallar uğrunda mübarizə apara bilərlər. İstənilən halda onlar üçün ilk dördlükdəki yerlərinə zəmanət vermək olardı”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyununda isə qalibi penaltilər müəyyənləşdirdi və yunanlar daha güclü oldular – 1:1, 2:4.
