28 iyul 2012 21:15

Qarabağ Türkiyə klubuna qalib gəldi (YENİLƏNİB)

Növbəti mövsümə hazırlığı davam etdirən "Qarabağ" bu gün Türkiyə toplanışı çərçivəsində son sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, ağdamlıların bu dəfəki rəqibi yenə Türkiyə klubu olub.
 
Belə ki, ağdamlılar “Çaykur Rizespor” ilə üz-üzə gəliblər. Qardaş ölkənin TFF birinci liqasında çıxış edən bu komanda son mövsümdə 18 klub arasında 3-cü olub. Bu komanda ilə məhsuldar qarşılaşma "Qarabağ"ın qələbəsiylə başa çatıb.
 
Xatırladaq ki, “Qarabağ” Türkiyədəki hazırlıq prosesi çərçivəsində İranın “Zobahan” və “Traktorsazi”, eləcə də Türkiyənin “Tavşanlı Linyitspor” klublarına eyni hesablarla (1:0) qalib gəlmişdi. AZAL ilə görüşdə isə 0:4 hesablı darmadağınla üzləşmişdi. Türkiyənin “Göztepe” klubu ilə görüşdə hesab açılmamışdı – 0:0. “Boluspor” ilə matçda isə 1:0 hesablı qələbə qeydə alınmışdı.
 
Yoxlama oyunu
28 iyul
 
QARABAĞ – ÇAYKUR RİZESPOR - 3:2 (1:0)
 
"Qarabağ"ın start heyəti: Miro Varvodiç, Admir Teli, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Riçard Almeyda, Muarem Muarem, Əfran İsmayılov, Rauf Əliyev.

1. Oyuna "Qarabağ" başlayır
7. İlk künc zərbəsini komandamız yerinə yetirdi
12. Əfranın ideal ötürməsindən sonra yandan cərimə meydançasına girən Raufun zərbəsi qapı dirəyindən azacıq aralı keçdi
16. Daha bir qol imkanı: Riçard-Rauf paslaşması birincinin zərbəsi ilə yekunlaşdı. Qapıçı yerindədi
19. Əfranın yandan ötürməsini Rauf zərbə ilə tamamladı
22. Namiq-Muarem-Əfran-Riçard paslaşması sonuncunun topu qapıdan keçirməsi ilə nəticələndi. Hakim Riçardın oyundan kənar vəziyyətdə olduğuna görə topu hesaba almadı
29. Maksimin ideal hava ötürməsini Riçard eyni gözəlliklə qapıya yönəldə bilmədi. Hesabı açmaq üçün heç bir maneə yox idi
31. Əfran rəqibin 4 oyunçusunun əhatəsindən çıxaraq qapıya zərbəsi qapı dirəyinə dəydi. Qayıdan topa çatan Riçard hesabı açdı - 1:0
37. Əfranın geri ötürməsini Ansi qeyri-dəqiq zərbə ilə tamamlayır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. Telinin topu qapıçıya ötürmək istəyi hesabın bərabərləşməsi ilə nəticələndi - 1:1
55. Matçın bu dəqiqələrində üstünlük tamamilə ağdamlıların tərəfindədi
57. Ansinin asmasından sonra Raufun baş zərbəsi dəqiq olmadı
60. Muarem, Rauf, Maksim və Namiqin yerinə meydana Vüqar, Elnur, Kamil və Mustafa daxil olur
64. Hakim Mironun rəqibə qarşı kobud oynadığını qeydə aldı və penalti təyin etdi. Penaltini rəqib dəqiq yerinə yetirir - 1:2
67. Rəşadın ara ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Vüqar dəqiq olmadı
73- Vüqar 100 faizli qol imkanından istifadə edə bilmədi
77.  Vüqarın ötürməsini Elnur qapıdan keçirdi - 2:2
80. Əfran qapıçını da keçərək boş qapıya zərbə endirsə də, top dirəkdən döndü
81. Əfranın əvəzində meydana Bəxtiyar Soltanov çıxır
88. Mustafa iki oyunçunu arxada qoyaraq hesabı komandasının xeyrinə dəyişdi - 3:2
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.