28 iyul 2012 01:31
Yığmamızın rəqibi üçün yeni forma (FOTO)
Futbol üzrə Şimali İrlandiya yığması bundan sonra yeni formalar altında çıxış edəcək. Azerisport.az xəbər verir ki, bu formalar bir qədər Almaniya millisinin AÇ-2012-dəki idman geyimlərini xatırladır.
Hansı ki, bu formalar Berti Foqtsun həmyerlilərinə uğur gətirmədi. Şimali irlandiyalıların yeni geyimlərinin onlar üçün nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.
Qeyd edək ki, Şimali İrlandiya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alır.
