28 iyul 2012 13:57
Böyükağa Hacıyev müalicəsini ölkə xaricində davam etdirir
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin səhhətində hələ ki, irəliləyiş yoxdu. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstanın “Zestafoni” klubu ilə hər iki oyunda sağlıq durumundakı problemlə əlaqədar iştirak etməyən 54 yaşlı mütəxəssis artıq müaliəcisini ölkə xaricində davam etdirir.
Belə ki, Rusiyanın paytaxtı Moskvaya aparılan çalışdırıcı orada əməliyyat olunmalıdı. Təcrübəli mütəxəssisin durumuna yaxın günlərdə aydınlıq gəlməlidi.
Qeyd edək ki, bu səbəbdən Hacıyev “Neftçi”ni növbəti mərhələnin oyunlarına da çıxara bilməyəcək. Onu yenə köməkçisi Tərlan Əhmədov əvəzləyəcək. İsrailin “Hapoel” (Kiryat Şmona) klubu ilə ilk oyun avqustun 1-də İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
