28 iyul 2012 14:18
Bakı hərbi xidmətə gedən futbolçularını icarəyə götürür
“Bakı”nın üç futbolçusu hərbi xidmətə yola düşüb. Azerisport.az xəbər verir ki, Elvin, Aqil və Növruz Məmmədovlar vətənə olan borclarını yerinə yetirmək üçün hərbi xidmətə yollanıblar.
Amma bu futbolçular yenidən “Bakı”nın formasını geyinə bilər. Belə ki, paytaxt klubu MOİK-in heyətində yer alacaq Məməmdovları bu komandadan icarəyə götürəcək. Buna gələn bay baş tutacaq andiçmə mərasimindən sonra aydınlıq gələcək.
