28 iyul 2012 14:27

Kamran Ağayev: Məni Yunis Hüseynov yox, öz gələcəyim maraqlandırır

Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran” tərəfindən transferə çıxarılmasından, eləcə də gələcək karyerasından danışıb.

- Sizinlə klub arasında nə baş verib ki, sonda belə bir qərar çıxarıldı?
- Siz məndən çox şey bilirsiz. Klubdaxili iclas keçirilib. Orda bir neçə futbolçunun transferə çıxarılması barədə qərar qəbul olunub. Onların arasında mən də varam. İclasda klub prezidenti Mais Mənsimov olmayıb. Mənə bu haqda məlumat veriləndə susdum. Sadəcə, hamısına təşəkkürümü bildirdim. Hazırda isə Bakıdayam.

- Niyə bu məhz Avropa Liqasının Polşa “Lech”inə qarşı cavab matçından sonra baş verdi?
- Səbəbləri mənə də məlum deyil. Sadəcə onu deyə bilərəm ki, bəzi mətbuat orqanlarında mənim adımdan müxtəlif şeylər yazılmışdı. Halbuki, mən elə sözlər işlətməmişəm.
 
- Bəs indi necə olacaq?
- Klub prezidenti Mais Mənsimovla görüşməliyəm. O da, Mübariz Mənsimov da həmişə mənə yaxşı münasibət göstərib. Mən özümü hər şeyə görə onlara təşəkkür etməyə borclu hesab edirəm. Ondan sonra isə əşyalarımı toplayıb, Lənkəranı tərk edəcəm. Bu qərarı verən insanlar isə daimi deyillər.
 
- Siz bu qərarın Yunis Hüseynovun istəyi ilə qəbul olunduğunu hesab edirsiz?
- Bilmirəm. Hazırda məni daha çox öz gələcəyim maraqlandırır.
 
- Bəs harda oynayacaqsız? İngiltərənin hansısa klubuna keçidiniz haqda şayiələr dolaşırdı...
- Bəzi problemlər var ki, ona görə ölkə xaricinə gedə bilmirəm. Yəqin ki, karyeramı Azərbaycanda davam etdirəcəyəm. Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Tam olaraq, birinci günə qədər. Hər şeyə mümkün qədər tez aydınlıq gəlməsini istəyirəm.
 
- Bu, paytaxt klubu olacaq?
- Hələ bilmirəm. Fikrimcə, klubsuz qalmaram. Hamı mənim necə futbolçu olduğumu bilir. Təklif olacaq, baxacam.
 
- Klubsuz qalacağınız halda yığmadakı yerinizi də itirəcəyinizdən qorxmursuz?
- Mən ancaq təklif gözləyə bilərəm. Əgər olmasa, işsiz qalmalı olacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.