28 iyul 2012 14:44
Yeni futbolçusu dubl etdi, İnter Bakıya qalib gəldi
"İnter"in əvəzedici heyəti növbəti mövsümə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün Tofiq Mustafayevin yetirmələri təlim-məşq prosesi çərçivəsində son yoxlama matçını keçiriblər.
“Bakı” Futbol Klubunun bazasında baş tutan qarşılaşmada “bankirlər” “zolaqlılar”ı 2:1 hesabıyla məğlub edib. "İnter"in hər iki qolunu yeni oyunçu Zeynal Hacıyev vurdu.
Əlavə edək ki, Z.Hacıyev Qusar futbol bölməsinin yetirməsidi.
