28 iyul 2012 21:27
Neftçi Gürcüstan klubu ilə sülh bağladı
Gürcüstanda yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin əvəzedicilərdən ibarət komandası sonuncu yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Gürcüstan çempionatının güclülər dəstəsində mübarizə aparan “Dinamo”nun (Batumi) əvəzediciləri ilə qarşılaşıb.
90 dəqiqə ərzində qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Belə ki, oyun 2:2 hesabı ilə başa çatıb. Əvəzedicilər arasında Azərbaycan çempionatının son qalibinin heyətində Məqsəd İsayev və Cavid Muxtarzadə fərqlənib.
Qeyd edək ki, bu “Neftçi”nin Gürcüstanda üçüncü oyunu olub. İlk oyunda “Mertsxali” klubu ilə heç-heçə edən (0:0) komanda arıdnca “Kolxeti”nin (Poti) əvəzedicilərinə 1:0 hesabı ilə qalib gəlmişdi.
