28 iyul 2012 11:17

“Həmin oyunu Lənkəranda nümayiş etdirsəydik, Lechi məğlub edərdik”

“Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirdikləri cavab matçından (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Lech”ə məğlubiyyəti necə şərh edə bilərsiz?
- Heç nə deyəcəyimi də bilmirəm. Bizim oyunumuz yaxşı mənada təəccübləndirə bilərdi. Fikrimcə, yaxşı oynadıq. Sadəcə, həlledici məqamlarda daha dəqiq oynamaq lazım idi.
 
- Bəs buna nə mane oldu ki?
- Yaxşı top saxlayırdıq, qapıya xeyli zərbələr vurduq. Amma qapıya niyə düşə bilmədik, anlamaq çətindi. Artıq bunu öz aramızda müzakirə etməyə imkan tapmışıq. Heç kəs buna cavab tapa bilmir. Halbuki, bizə cəmi bir qol lazım idi ki, hər şey yoluna düşsün.
 
- Bakıya hansı hisslərlə gedirsiz?
- Düzünü deyim ki, bu, mənim üçün çox üzücüdü. “Lech”i keçməyimizi çox arzulayırdım. Hətta əmin idim ki, bu komandanı mübarizədən kənarlaşdıracağıq.

- Yunis Hüseynovun ilk reaksiyası necə oldu?
- O nə dedi... Baş məşqçi də qapıya qeyri-dəqiq zərbələrimizin çoxluğundan şikayətləndi.

- Bəlkə hücumda daha təhlükəli olmağa ehtiyac var idi?
- Razıyam. Əvəzetmələrdən sonra biz irəlidə daha təhlükəli olmağa başladıq, qol vəziyyətləri yaratdıq. Fikrimcə, bu oyunun son 20 dəqiqəsində sərgilədiyimiz oyunu Lənkəranda nümayiş etdirsəydik, qələbə qazanardıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.