29 iyul 2012 13:07
Millimizin hücumçusu oynadı, komandası darmadağına sevindi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov İspaniyanın “Elche” klubunda növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, “Almoradi” klubu ilə yoxlama matçında çıxış edib.
Baş məşqçi millimizin forvardına ilk dəqiqələrdən şans verib. Amma o, bu dəfə qol və ya qol ötürməsi ilə fərqlənə bilməyib.
Qeyd edək ki, Umarov bundan öncə keçirilən “Santa Pola” (3:2) və “Aspe” ilə (10:0) oyunlarda da iştirak etmiş, hər ikisində məhsuldar ötürmə ilə yadda qalmışdı.
