29 iyul 2012 01:18

Şevçenkodan şok qərar

AÇ-2012-dən sonra futbol üzrə Ukrayna yığmasından ayrıldığını bəyan edən ulduz futbolçu Andrey Şevçenko daha bir gözlənilməz qərar verib. Azerisport.az xəbər veror ki, o, ümumiyyətlə futbolçu karyerasını da başa vurub.
 
Son olaraq şərəfini qoruduğu Kiyev “Dinamo”sunun rəsmi saytına qərarını şərh edən hücumçu bunları dilə gətirib: “Bu qərarım bir çoxlarını şoka sala bilər. Amma artıq gələcəyimdə futbolu görmürəm”.
 
Qeyd edək ki, Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko futboldan ayrılmasının səbəbini də açıqlayıb. O, bundan sonra siyasətlə məşğul olmaq istədiyini bildirib. Şevçenki bundan sonra Nataliya Korolevskayanın rəhbərlik etdiyi “Ukrayna – İrəli” partiyasına qoşulduğunu elan edib. Ulduz futbolçu bildirib ki, siyası həyatında o, sosial və idman sahələrinə dəstəyini əsirgəməyəcək.
 
Andrey Şevçenko futbolçu karyerasına Kiyev “Dinamo”sunda başlayıb. O, 1999-cu ildə İtaliyanın “Milan” komandasına keçib. Bundan 7 mövsüm sonra isə Şevçenko İngiltərənin “Chelsea” klubuna yollanıb. 2008-ci ildə “Milan”a qayıdan ulduz futbolçu 2009-cu ilin avqustunda “Dinamo”ya dönüb. “Şeva” “Milan”ın heyətində Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub. O, eyni zamanda İtaliya və Ukrayna çempionu titulunu qazanıb. Şevçenko bir neçə dəfə Çempionlar Liqasının ən yaxşı bombardiri və ən yaxşı hücumçusu, eləcə də İtaliya və Ukrayna çempionatlarının ən yaxşı bombardiri sayılıb. Ukraynalı forvard 2005-ci ildə internet vasitəsilə səsvermə nəticəsində dünyanın ən yaxşı futbolçusu seçilib. Ukrayna milli komandasının heyətində 112 oyun keçirən Şeva 48 qol vurub. Milli ilə birgə dünya çempionatı 2006-da 1/4 finaladək irəliləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.