29 iyul 2012 14:28

“Biz azərbaycanlılardan qorxmurduq”

Yunanıstanın “Asteras” klubunun futbolçusu Dmitris Kurbelis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirdikləri cavab matçı barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutan həlledici qarşılaşmada qazandıqları uğurla bağlı (1:1, penaltilərlə 4:2) bunları dilə gətirib:
 
“İnter”ə qarşı oyunumuz heç də asan olmadı. Rəqibin də bizim qədər növbəti mərhələyə adlamaq şansı var idi. Xüsusilə də Bakıdakı oyuna olduğu kimi, matçın əsas vaxtı 1:1 hesabıyla bitəndən sonra. Amma xoşbəxtlikdən penalti zərbələrini biz daha dəqiq yerinə yetirdik”.
 
Yarımmüdafiəçinin sözlərinə görə, onlar cavab matçında rəqibdən qətiyyən çəkinməyiblər: “Mən deməzdim ki, biz azərbaycanlılardan qorxurduq. Mən hətta penalti zərbələri başlayanda da qorxmadım. İnanırdım ki, komanda yoldaşlarım hər şeyi necə lazımdı, elə də edəcək”.
 
“İnter”dən danışarkən Kurbelis öz komandasının daha güclü olduğunu söyləyib: “Biz bu komandaya qarşı hələ Bakıdakı ilk oyunun startından etibarən qorxmadan mübarizə apardıq. Hər iki oyunda qol vurmaq üçün çoxsaylı şanslarımız var idi. Cütün taleyini elə əsas vaxtda da həll edə bilərdik. Sadəcə bəxt amili müəyyən anlarda bizə mane olurdu”.
 
Futbolçu “İnter”lə növbəti rəqiblərini – Portuqaliya “Maritimo”sunu müqayisə də edib: “Gözəl bilirik ki, “Maritimo” daha təhlükəli rəqibdi. Buna görə də onlarla oyunlara daha ciddi hazırlaşmalıyıq. Bu komandaya da sürpriz etməyə hazırlaşırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.