29 iyul 2012 14:37
Zeynal Məmmədov: Bakı Kamran Ağayevlə maraqlanmır
“Bakı”nın vitse-prezidenti “Xəzər Lənkəran”ın transfer çıxardığı yığmamızın qapıçısı Kamran Ağayevi transfer edəcəklərinə dair məlumatlara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz qapıçı problemini Edin Nuredinoskini transfer etməklə yoluna qoymuşuq. Ona görə də hazırda “Bakı”ya başqa qapıçı lazım deyil. Düzdü, etiraf edirəm ki, Kamran Ağayevlə maraqlanırdıq. Amma sonradan biz bu transferdən imtina etdik. Hazırda “Bakı”nın Kamranla maraqlanması barədə məlumatlar reklamdan başqa bir şey deyil. Rəsmi şəkildə bəyan edirəm ki, biz Kamran Ağayevə heç bir maraq göstərmirik”.