29 iyul 2012 14:42
Bahodir Nasimovdan xəbər var
Azərbaycan çempionu "Neftçi"nin özbəkistanlı hücumçusu Bahodir Nasimov hazırkı durumu ilə bağlı klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
"Hazırda müalicəmi vətənimdə davam etdirirəm. İstəyirəm ki, tezliklə zədəmi sağaldıb komandanın sıralarına qayıdım. Sevinirəm ki, "Zestafoni" ilə oyunlarda uğurla çıxış etdik. Bu mövsüm daha güclü kollektivimiz formalaşıb. İnanıram ki, avrokuboklarda yolumuzu davam etdirəcəyik".
