29 iyul 2012 15:19
Fransa Super Kubokunun qalibi məlum oldu
Futbol üzr Fransa Super Kubokunun qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən gün keçirilən oyunda son çempion “Montpellier” və kubokun sahibi “Olympique” (Lion) qarşılaşıb.
Hesabı 27-ci dəqiqədə Utaka açıb. 44-cü dəqiqədə Lion təmsilçisi Qomislə bərabərliyi təmin edib. “Montpellier” 56-cı dəqiqədə Herreranın penalti qolu ilə yenidən hesabda önə keçsə də, 77-ci dəqiqədə Briand tarazlığı bərpa edib.
Matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman lionlular daha dəqiq olublar. Beləliklə, Lion klubu qalib gələrək Super Kuboka sahib çıxıb.
Qeyd edək ki, bu, “Olympique”in Super Kubokda 8-ci uğurudu. “Montpellier” isə ilk dəfə iştirak etdiyi Super Kubokda qələbə qazana bilməyib.
Fransa Super Kuboku
28 iyul
Montpellier – Olympique (Lion) - 2:2 (penaltilərlə 2:4)
Qollar: Utaka, 27, Herrera, 56-pen – Qomis, 44, Briand, 77.
