29 iyul 2012 18:55
Qarabağ Türkiyə toplanışını başa vurdu
“Qarabağ” Bolu təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, artıq 1 aydı Türkiyədə təlim-məşq toplanışında olan komanda bu gün Gerededə sonuncu məşqinə çıxıb.
Bolunun adı çəkilən qəsəbəsində 2 həftədir hazırlıq keçən ağdamlılar dünən axşam sonuncu yoxlama oyununda “Rizespor” üzərində qələbədən (3:2) sonra bu gün səhər sonuncu çalışmasını yerinə yetirib.
“Qarabağ” artıq sabah Türkiyəni tərk edəcək. Ağdam klubu Ankara - Bakı reysiylə vətənə qayıdacaq.
