29 iyul 2012 11:34

“Neftçi ilə oyunlarda çox diqqətli olmalıyıq”

İsrailin “Hapoel” klubunun (Kiryat Şmona) baş məşqçisi Gili Landau UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri ilk matç öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutacaq ilk qarşılaşma öncəsi Slovakiya “Jilina”sı üzərindəki zəfərlərini xatırlayıb:
 
“Jilina” ilə oyunlarda futbolçularımz özlərini çox yaxşı tərəfdən göstərməyi bacardılar. Amma buna görə göyün yeddinci qatına qalxmağa ehtiyac yoxdu. Çünki etiraf etməliyik ki, bizim oyunumuzda çatışmazlıqlar da var. Bunları mümkün qədər tez bir zamanda aradan qaldırmaq lazımdı”,

Xatırladaq ki, “Hapeol” bu rəqibiniə ilk oyunda 0:1 hesabıyla məğlub olmuşdu. Amma Hayfada keçirilən cavab matçında məhz İsrail çempionu qalib gələn tərəf oldu.
 
“Biz “Jilina” ilə oyunda böyük bir iş görsək də, bunu unutmaq lazımdı. Artıq “Neftçi” ilə oyunları düşünməliyik. Azərbaycan çempionu ilə oyunlarda çox diqqətli olmalıyıq. Rəqibimizi yaxşı öyrənməyə çalışırıq”.
 
Yeri gəlmişkən qeyd edək ki, “Hapoel” rəhbərliyi futbolçularına “Neftçi” səddini keçəcəkləri halda yaxşı mükafat da vəd edib.
 
Bu komandaların birinci oyunu avqustun 1-də İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.