29 iyul 2012 21:56
Vüqar Əsgərovun klubu qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun klubu bu gün Latviya çempionatında növbəti qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, onun klubu "Metalurg" ölkə çempionatının 20-ci turu çərçivəsində “Jurmala” ilə görüşdə qalib gəlib.
Qeyd edək ki, hazırda Liepaya klubu 17 oyundan sonra 31 xalla turnir cədvəlinin 4-ci pilləsində qərarlaşıb. Komandanın ehtiyatda daha üç oyunu var. Bu isə o deməkdi ki, "Metallurg" həmin oyunlarda mümkün qələbə sayəsində turnir vəziyyətini daha da yaxşılaşdıra bilər.
Latviya çempionatı
20-ci tur
29 iyul
Metalurg – Jurmala - 3:2
