29 iyul 2012 12:01
Sumqayıtın Türkiyədə ilk məğlubiyyəti (VİDEO)
Xəbər verdiyimiz kimi, Türkiyənin Nevşehir bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" qonşu ölkədə sonuncu yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "1461 Trabzon" klubu ilə qarşılaşan Bernard Raabın yetirmələri meydandan 0:1 hesabı məğlubiyyətlə ayrılıb. Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl "Kayseri Eciyesspor" (2:2) və "Kayserispor" A2 (6:0) ilə yoxlama oyununda qüvvəsini sınamışdı.
