29 iyul 2012 00:04
Qəbələ vətənə legionerlərsiz qayıtdı
“Qəbələ” Sloveniya toplanışını başa vuraraq vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi ölkə xaricindəki toplanışdan heç də tam heyətlə dönməyib.
Məsələ burasındadı ki, komandanın legioner futbolçuları rəhbərliyin icazəsi ilə bir neçə günlük ölkələrinə getmək imkanı qazanıblar. Hazırda istirahətdə olan komandanın üzvləri sabah – iyulun 30-dan etibarən yenidən bir araya gələcəklər.
Komanda yeni mövsümün ilk oyununun hazırlıqlarını doğma şəhərdə davam etdirəcək. Qeyd edək ki, “Qəbələ” gələn həftə start götürəcək Premyer Liqanın yeni mövsümündə “Simurq”la qarşılaşacaq.
