29 iyul 2012 00:50
Bakı argentinalı futbolçu ilə müqavilə bağladı (FOTO)
"Bakı" daha bit transfer gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, 28 yaşlı argentinalı yarımmüdafiəçi Leandro Rodriqo Beçerra ilə 1 illik (1+1) müqavilə imzalanıb.
Çuço ləqəbli futbolçu 1984-cü ilin 26 yanvar günündə Kordobada (Argentina) anadan olub. 2005-ci ildə peşəkar futbolda ilk qədəmlərini atan Beçerra Meksikanın “Merida FC” klubunda çıxış edib. 2006-cı ildə ABŞ-ın “DC United” klubna transfer olunub.
Beçerra növbəti 5 il ərzində Argentina klublarının şərəfini qoruyub. “Atletico Rafaelo” (2006-07), “Tiro Federal” (2007-08), “Belgrano de Cordoba” (2008-09), “San Martin de San Juan” (2009-10), “Atletico Tucuman” (2010-11) klublarının şərəfini qoruyan futbolçu 2011-ci ildə Avropaya üz tutub. Beçerra Yunanıstan yüksək liqa təmsilçisi “PAS Giannina”nın heyətinə dəvət olunub.
Hücumameyyli yarımmüdafiəçi, əsasən, meydanın sol cinahında inamlı təsir bağışlayır. Boyu 175 sm, çəkisi 69 kq-dı. Son mövsüm “PAS Giannina”nın heyətində Yunanıstan yüksək liqasında çıxış edən Beçerra 7 qola imza atıb.
