30 iyul 2012 13:06
Neftçinin sabiq hücumçusu Türkiyə klubuna keçir
“Neftçi”dən ayrıldıqdan sonra klubsuz qalan Emil Mpenza Türkiyədə çıxış edə bilər. Azerisport.az xəbər verir ki, belçikalı futbolçunun TFF birinci liqada çıxış etmək imkanı yaranıb.
Belə ki, Mpenza hazırda “Göztepe”nin düşərgəsindədi. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, futbolçu komandanın dünənki məşqinə qatılıb.
Qeyd edək ki, Emil Mpenza 2010-cu ildən 2011-ci ilin sonuna qədər “Neftçi”də 31 oyun keçirib və 6 qol vurub. Belçika yığmasının sabiq üzvü əvvəllər “Schalke”, “Hamburger”, “Manchester City” kimi məşhur klublarda da çıxış edib.
