30 iyul 2012 01:07

Rəşad Sadiqov: Hapoellə Gürcüstandakı kimi oynasaq, ÇL-lə vidalaşacağıq

Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrailin “Hapoel” (Kiryat Şmona) klubuna qarşı keçirəcəkləri oyunlar ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.

- Gürcüstan çempionu “Zestafoni” üzərindəki zəfər komandanızda eyforiya yaratmayıb?
- Komandada atmosfer son dərəcədə gözəldi. Eyforiyaya gəlincə, biz hələ heç nə etməmişik ki, eyforiyaya da qapılaq. Düzdü, bir mərhələ keçmişik və bunu vacib saymaq olar. Amma bu, eyforiyaya səbəb ola bilməz. İnanmıram ki, komandamızın hansısa üzvündə belə bir hiss olsun. Bizim hədəfimiz minimum iki mərhələ keçməkdi. Nə qədər ki, buna nail ola bilməmişik, heç bir eyforiyadan danışmaq olmaz.

- “Hapoel” ilə oyunlar öncəsi fikirlərinizi bilmək istərdik...
- “Hapoel” – “Jilina” matçının epizodlarına baxmışam. Oyunları diqqət çəkir. Hesab edirəm ki, bizi güclü rəqib gözləyir. Amma bu, bizim üçün heç nəyi dəyişmir. Nə bacarırıqsa, nümayiş etdirməliyik. Avrokubokların qrup mərhələsinə düşməyi çox arzulayırıq. Buna nail olmaqla Azərbaycan futbolunda tarix yazmaq istəyirik.

- “Xəzər Lənkəran”la “İnter” də qrup mərhələsindən dəm vururdu. Amma sonda elə ikinci mərhələdəcə çıxışlarını başa vurdular. Bu, “Neftçi”ni qorxutmur ki?
- Öncə onu qeyd etmək istəyirəm ki, digər təmsilçilərimizin uğursuzluğa uğraması məni çox məyus etdi. Ev oyunlarında heç-heçəyə razılaşalar da, mən inanırdım ki, klublarımız mərhələ keçəcəklər. İnanıram ki, bizi də eyni aqibət gözləmir. Amma çox çətin olacaq. İsrail klubu sürətli, texnikalı futbol sərgiləyir. Hesab edirəm ki, mümkün məğlubiyyət faciə kimi qiymətləndirilməməlidi. Baxmayaraq ki, bu, uğursuzluq sayılacaq. Hər halda belədə bizim Avropa Liqasında daha bir şansımız qalacaq. Amma bu, bizi qətiyyən arxayınlaşdırmamalıdı.
 
- Hayfadakı ilk oyunda necə çıxış etməyə hazırlaşırsız?
- Hücum futbolu oynasaq da, bu, o demək deyil ki, İsraildə açıq oyun sərgiləməliyik. Səfərdə oynayacağıq və ehtiyatlı olmalıyıq. Rəqib yüksək səviyyəli komandadı və fiziki cəhətdən bizdən daha güclüdü. Hər şeyə hazır olmalıyıq.

- Sizcə, “Zestafoni”yə qarşı sərgilədiyiniz oyunla “Hapoel”i mübarizədən kənarlaşdırmaq mümkün olacaq?
- Düşünmürəm. Rəqib güclüdü, ambisiyalıdı. Oyun planında artırmaq lazımdı. Əks halda bu komandanı keçə bilməyəcəyik. Əgər Gürcüstandakından daha yaxşı oynamasaq, Çempionlar Liqasını tərk edəcəyik.

- Zestafonidəki oyunda penalti zərbəsini yerinə yetirərkən qapıçını məhz o şəkildə məğlub etməyi öncədən planlaşdırmışdınız?
- Topu əlimə götürəndə qərara aldım ki, məhz belə vurum. Çünki qapıçılar adətən sağ və ya sol küncə tullanırlar. Buna görə də mərkəzi nişan aldım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.