30 iyul 2012 13:23
Bakı da Neftçinin istəyini müsbət qarşıladı
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasındakı oyunları ilə əlaqədar Premyer Liqanın 2012/13 mövsümünün açılış turunda “Bakı” ilə qarşılaşmanın təxirə salınmasını istəyir. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq bununla bağlı Peşəkar Futbol Liqasına müraciət də ünvanlayıb.
“Neftçi”nin bu istəyinə qarşı tərəfdən də etiraz yoxdu. Belə ki, “zolaqlılar” da ÇL-dəki təmsilçimizlə görüşünün təxirə salınmasına razıdı.
Qeyd edək ki, “Neftçi”nin ÇL-də İsrail çempionu “Hapoel” (Kiryat Şmona) ilə birinci oyunu avqustun 1-də Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək. “Bakı”nın “Neftçi” ilə oyunu isə iyulun 5-də keçirilməli idi.
