30 iyul 2012 13:54
Bakı 4 cavabsız qolla qələbə qazandı
Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Bakı” yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun təlim-məşq bazasında baş tutan oyunda rəqib birinci divizion təmsilçisi “Neftçala” olub.
Bojidar Bandoviç debüt oyununda darmadağınla qələbə qazanıb – 4:0. “Bakı”nın heyətində Aleksandr Soliç, Nurlan Novruzov, Rəhman Hacıyev və İbrahim Karqbo fərqlənib.
