30 iyul 2012 02:06
Simurqun futbolçusu Rəvana keçdi
Futzal üzrə Azərbaycan yığmasının sabiq üzvü Tofiq Mikayılov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, artıq son illərdə özünü böyük futbolda sınayan oyunçu bundan sonra “Rəvan”da çıxış edəcək.
Artıq o, paytaxt klubu ilə iki illlik müqaviləyə imza atıb. Yarımmüdafiəçinin son iş yeri isə “Simurq” olub. Amma son mövsümün ardından Zaqatala klubu Mikayılovla yollarını ayırmışdı.
