30 iyul 2012 14:25
Neftçi üçün dörd yeni oyunçu
"Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi Elşad Əhmədov Gürcüstan hazırlığının yekunu barədə danışıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Gürcüstanda 15 günlük hazırlığımız oldu. Bu vaxt ərzində məşqlərlə yanaşı, 3 yoxlama matçı keçirdik. Düşərgəmizdə olan 29 futbolçunun bu qarşılaşmalarda meydana çıxmaq şansı oldu. Aşağı yaş qrupu komandalarından 4 futbolçunu əvəzedici heyətə götürdük. Bu gənclərin hər birinin böyük potensialı var və biz çalışacağıq ki, onların inkişafına təkan verək. Hazırlığımız üçün Gürcüstanda yaradılan şəraitə görə klub prezidenti Sadıq Sadıqova təşəkkürümü bildirmək istərdim. Biz də məşqçilər heyəti olaraq çalışırıq ki, bu etimadı doğruldaq və əsas komandaya layiqli futbolçular verək".