30 iyul 2012 14:52
Millimizin müdafiəçisi 90 dəqiqə oynadı, komandası sülhə razılaşdı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın şərəfini qoruduğu Türkiyənin “Eskişehirspor” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Es-Es” “Boluspor”la qarşılaşıb.
Millimizin üzvü bu görüşün ilk dəqiqələrindən meydanda olub və 90 dəqiqə mübarizə aparıb. Qarşılaşma isə qolsuz heç-heçə ilə başa çatıb.
