30 iyul 2012 15:17
İnter Qarabağla oyuna hazırlıq üçün bir araya gəlir
Bu gün “İnter” Premyer Liqanın yeni mövsümünün 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyunun hazırlığına başlamaq məqsədilə “Şəfa” stadionunda toplaşacaq. Azerisport.az xəbər verir ki, “bankirlər” saat 20.00-da Zirə İdman Kompleksinin stadionunda məşqə çıxacaq.
Qeyd edək ki, “İnter” - “Qarabağ” matçı avqustun 5-də baş tutacaq.
