30 iyul 2012 16:14
İsgəndər Cavadov: Neftçi qrup mərhələsinə hazır deyil
Azərbaycan futbolunun veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov “Neftçi”nin Çempionlar Liqasında İsrail “Hapoel”i (Kiryat Şmona) ilə görüşlərdəki şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Neftçi”nin şanslarından danışmaq çətindi. Hər şeyə İsraildə aydınlıq gələcək. “Zestafoni” ilə oyunlardakı uğura görə eyforiyaya qapılmağa dəyməz. Çünki İsrail klubu “Zestafoni”dən çox güclüdü. Amma Azərbaycan çempionu unutmamalıdı ki, artıq avrokuboklardakı yeganə klubumuzdu. Digər klublarımızın da uğursuzluğunu “Neftçi” unutdurmalıdı. Qarşıda gözəl şans var. Bu şansdan maksimum yararlanmaq, qrup mərhələsinə düşmək vaxtıdı. Daha hər il danışılanları təkrarlamamalıyıq”.

Lakin Cavadov eyni zamanda komandalarımızın avrokubokların qrup mərhələsinə hazır olmadığını bildirir: “Qarşıdakı 5-6 ildə bu, yenə də təkrarlanacaq. Bunun səbələrini axtarmaq, aradan qaldırmaq lazımdı”.
Veteran futbolçu həmçinin “Lech” (Polşa), “Asteras” (Yunanıstan) kimi klublardan alınan məğlubiyyətlərinin yeni futbolçu nəslinə də pis təsir etdiyini bildirir: “Belə uğursuzluqlar həmin gənclərin qalib ruhuna təsirsiz ötüşmür. Mən klublarımızın belə çıxış etməsinin səbəbini bilmirəm. Amma bir şeyi dəqiq bilirəm: bizim futbolçulara çox pul vermək olmaz. “Asteras”da 300-400 min avro alan futbolçu olmadığı halda, onlar avrokuboklarda çıxışlarını davam etdirirlər, bizimkilər isə yox”.
Lakin Cavadov sonda öz proqnozunun səhv çıxmasını da arzulayır: “Mən də öz proqnozumda səhv edə bilərəm. Təki “Neftçi” İsrail klubu üzərində qələbə qazansın. Bunu görməyi çox arzulayıram”.