30 iyul 2012 16:46
Simurq Rəvanı məğlub etdi
Yeni mövsümə hazırlıqları tamamlamaq üzrə olan “Simurq”un əvəzedici heyəti “Rəvan”la yoldaşlıq görüşü keçirib. Azerisport.az xəbər veirr ki, “Şəfa” stadionunun yardımçı meydançasında keçirilən matçda Zaqatala klubu 3:2 hesabı ilə qalib gəlib.
“Simurq”un heyətində Elçin Süleymanov, Ruhid Usubov və Arzuman Nəsibov fərqlənib.
Qeyd edək ki, “Simurq”un əvəzedici heyəti yeni mövsümdə ilk oyununu avqustun 3-də keçirəcək. Zaqatala şəhər stadionunda keçiriləcək görüşdə rəqib “Qəbələ” olacaq.
