30 iyul 2012 17:35
İnter Şəfasız qaldı (FOTOLAR)
17 yaşlı qızlar arasında dünya çempionatının Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkənin bir sıra stadionlarında təmir və yenidənqurma işləri aparılır. Azerisport.az xəbər verir ki, bu məqsədlə “Şəfa” stadionunda aparılan yenidənqurma işləri artıq yekunlaşmaq üzrədi.
Qeyd edək ki, stadion simasını dəyişib, plastik oturacaqlar yenilənib və əlavə VİP yerlər artırılıb. Hazırda işlər demək olar başa çatıb. Yalnız yeni süni ot örtüyünün yerləşdirilməsi və bəzi təmir işlərini yekunlaşdırmaq qalıb. “İnter”in əsaslı təmir departamentindən verilən məlumata görə, bütün yenidənqurma işləri sentyabr ayında dünya birinciliyinin başlanmasınadək yekunlaşacaq.
Əlavə edək ki, “Şəfa” stadionunda aparılan təmir işlərilə əlaqədar olaraq “İnter” çempionatın iki ev qarşılaşmasını başqa arenada keçirəcək. Yaxın günlərdə komandanın bu oyunları hansı stadionda keçirəcəyi məlum olacaq.
