30 iyul 2012 17:58
Hapoel – Neftçi oyunu canlı yayımlanacaq
Azərbaycan çempionu “Neftçi” ilə İsrailin “Hapoel” (İroni Kiryat) klubu arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, qarşılaşma Az.TV vasitəsilə azərbaycanlı futbolsevərlərə də göstəriləcək.
Qeyd edək ki, bu komandaların birinci oyunu avqustun 1-də İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq.
Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək. Böyük ehtimalla elə Bakıdakı görüşü də məhz eyni kanal ekranlara gətirəcək.
