30 iyul 2012 18:15
Berti Foqts yığmamızı bir araya gətirir
Xəbər verdiyimiz kimi, avqustun 15-də, saat 21:00-da AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bununla əlaqədar, avqustun 12-dən 15-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.
Avqustun 10-da Premyer Liqa çərçivəsində oyuna çıxacaq milli komandanın üzvü olan futbolçular bərpa prosesi keçmək üçün avustun 11-də milli komandanının düşərgəsinə yollanacaqlar.
Qeyd edək ki, millinin heyətinə dəvət olunacaq futbolçuların siyahısı hələlik açıqlanmır.
