30 iyul 2012 21:39
Sumqayıt vətənə qayıtdı
“Sumqayıt” Futbol Klubu Türkiyənin Nevşehir bölgəsindəki hazırlıq prosesini başa vuraraq vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, Bernard Raabın yetirmələri sabah istirahət edəcək.
Avqustun 1-dən etibarən Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda hazırlaşacaq “Sumqayıt” gün ərzində iki dəfə olmaqla AZAL-la oyuna hazırlaşacaq.
Qeyd edək ki, “Sumqayıt” – AZAL oyunu avqustun 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
