30 iyul 2012 11:17

Fabio Luis Ramim: Mən Karşıyakadan FİFA-ya şikayət edə bilməzdim

Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Fabio Luis Ramim azerisport.az saytına müsahibəsində Türkiyənin “Karşıyaka” klubuna keçidində yaranan problemlərdən, eləcə də “Bakı”ya mümkün qayıdışından, “Kəpəz” və “Rəvan”a keçmək şanslarından danışıb.
 
- “Karşıyaka” ilə aranızda nə baş verdi?
- Gözləməzdim ki, onlar mənə qarşı belə hərəkət edərlər. Müqavilə bağladıqdan sonra komandanın təlim-məşq toplanışında iştirak etdim. Hazırlığın əsas hissəsi Boluda olacaqdı. Amma ora yollanmazdan öncə mənə dedilər ki, sən bizə lazım deyilsən. Çox təəccübləndim. Çünki mən heç bir oyunda iştirak etməmişdim, məni iş başında görməmişdilər, nəyə qadir olduğumu da bilmədən dedilər ki, lazım deyilsən.
 
- Baş məşqçi və ya rəhbərliklə hansısa probleminiz yox idi ki?
- Xeyr. Hamımız bir-birimizlə gözəl dil tapa bilirdik.

- Türkiyə mətbuatının yazdığına görə siz bu klubdan FİFA-ya şikayət edəcəksiz...
- Təəssüf ki, mən bunu edə bilmədim. Heç bilmirəm həmkarlarınız bunu hardan çıxarıb. Klubla aramızda rəsmi müqavilə var idi. Amma onun surəti FİFA-ya göndərilməmişdi. Ona görə də dünya futbol qurumuna müraciət edə bilməzdim.
 
- Bəlkə baş məşçqi məşqlərdə gördüklərinə əsasən qərar verib?
- Mən heç də pis formada deyiləm. Artıq çəkim yoxdu. Hərdən düşünürəm ki, ola bilsin maliyyə problemləri var imiş.
 
- Bəs indiki planlarınız nədən ibarətdi?
- “Bakı”ya və şəxsən baş məşqçi Bojidar Bandoviçə təşəkkürümü bildirmək istəyirəm mənim bu komanda ilə məşq etməyimə icazə veriblər. Onlar mənim üçün çox əzizdirlər. Əgər serbiyalı mütəxəssis məni öz sərəncamında görmək istəsə, buna çox sevinərəm və hər şeyə hazıram.
 
- “Bakı”nın Avropa Liqasındakı çıxışını izlədiniz?
- Sloveniya “Mura”sı ilə oyunları internetdən izlədim. Hadisələrin bu cür inkişafına çox məyus oldum. “Bakı” bu komandadan daha güclü idi. Amma uşaqların bəxti gətirmədi. Jurnalistlər də “Bakı”nın bu komandanı asanlıqla keçəcəyindən çox yazırdı. Ola bilsin ki, bu da arxayınlıq yaratdı. Amma “Mura”nın güclü komanda olduğunu Sofiya CSKA-sı üzərindəki zəfəri də göstərdi.
 
- Sizin başqa klublardan da təklifləriniz var?
- Türkiyəyə getməzdən öncə “Kəpəz”dən təklif var idi. Amma maliyyə məsələlərində anlaşa bilmədik. Türkiyədə öyrəndim ki, “Rəvan” da məni heyətində görmək istəyir. İndi isə “Bakı” ilə məşq edirəm və bu komandada qalmağı çox istəyirəm. İstənilən futbolçu belə şəraitdə oynamaq istərdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.