30 iyul 2012 11:53
İnterin prezidenti: Çox şadam ki, Xristov bu medalı məhz Azərbaycan üçün qazandı
“İnter”in prezidenti Georgi Nikolov həmyerlisi Valentin Xristovun London Yay Olimpiya oyunlarında Azərbaycana bürünc medal qazandırmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən Xristovla şəxsən tanış deyiləm. Amma onun məşqçisi Zlatan Vanevi yaxşı tanıyıram. Olimpiadadan öncə onlar çox optimist idilər. Azərbaycan xalqını sevindirəcəklərini deyirdilər və buna da əməl etdilər. Xristov Azərbaycan idmanının əls üzünü göstərdi. Mən əminəm ki, dörd il sonra Rio-de-Janeyroda o, daha yaxşı nəticəyə imza atacaq. Çox şadam ki, Xristov bu medalı məhz Azərbaycan üçün qazandı”.